...

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib

İdman Materials 4 Yanvar 2026 12:51 (UTC +04:00)
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlum olub.

Trend xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə Andrey Demçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinə uzadılması imkanı da nəzərdə tutulub.

Qeyd edək ki, Andrey Demçenko istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb.

O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub.

Xəbər lenti

Xəbər lenti