...

Tramp Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı iddiaları şərh edib

Dünya xəbərləri Materials 5 Yanvar 2026 10:49 (UTC +04:00)
Tramp Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı iddiaları şərh edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti Ukraynanın Rusiya Prezidenti Vladimir Putinə məxsus iqamətgahı hədəfə almadığını müəyyən edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərə açıqlamsında danışıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən həftə bəyan etmişdi ki, Ukrayna Rusiyanın şimal-qərbində yerləşən Novqorod vilayətində Putinin dövlət iqamətgahına qarşı PUA-larla hücum həyata keçirib və Rusiya hava hücumundan müdafiə sistemləri bu hücumu dəf etməyə müvəffəq olub. Ukrayna lideri Volodimir Zelenski Kreml tərəfindən irəli sürülən ittihamı dərhal təkzib etmişdi.

Tramp bildirib ki, Putinin iqamətgahının yaxınlığında “hər hansı hadisə baş verib”, lakin ABŞ rəsmiləri Rusiya prezidentinin iqamətgahının birbaşa hədəf alındığını təsdiqləyən dəlillər aşkar etməyiblər.

“Bu zərbənin baş verdiyinə inanmıram. Araşdırma aparmaq imkanımız olduqdan sonra bunun baş verdiyinə inanmadığımız qənaətinə gəldik”,- deyə Tramp bazar günü Floridadakı evindən Vaşinqtona qayıdarkən jurnalistlərə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti