...

Mbappe “Atletiko”ya qarşı oynamayacaq

İdman Materials 5 Yanvar 2026 13:36 (UTC +04:00)
Mbappe “Atletiko”ya qarşı oynamayacaq

Bakı. Trend:

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu yanvarın 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq görüşdə meydana çıxmayacaq.

Buna səbəb hücumçunun zədəli olmasıdır.

Qeyd edək ki, İspaniya Superkubokunun digər yarımfinalında “Barselona” ilə Bilbao “Atletik”i üz-üzə gələcək. Turnirin final matçı yanvarın 11-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti