...

Delsi Rodriges ABŞ ilə əməkdaşlıq etməzsə, “çox ağır bədəl” ödəyəcək – Tramp

Dünya xəbərləri Materials 4 Yanvar 2026 23:35 (UTC +04:00)
Delsi Rodriges ABŞ ilə əməkdaşlıq etməzsə, “çox ağır bədəl” ödəyəcək – Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelanın müvəqqəti prezident səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ ilə əməkdaşlıq etməzsə, “çox ağır bədəl” ödəyəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "The Atlantic" nəşrinə müsahibəsində deyib.

"Əgər o, düzgün addımlar atmasa, çox ağır, bəlkə də Madurodan daha yüksək, bədəl ödəyəcək", - deyə o bildirib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti