...

Azərbaycanda ən çox bu axtarış sistemlərindən istifadə olunur

Telekommunikasiya Materials 5 Yanvar 2026 10:16 (UTC +04:00)
Azərbaycanda ən çox bu axtarış sistemlərindən istifadə olunur
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ötən ilin dekabr ayında Google Azərbaycanda ən populyar axtarış sistemi mövqeyini qoruyub saxlayaraq 83,75 faiz paya malik olub.

Trend-in "Global Stats" statistika mərkəzindən əldə etdiyi məlumata görə, "Google"un bazar payı ötən ilin oktyabr ayı ilə müqayisədə 4,37 faiz bəndi artıb.

Hesabat dövründə “Yandex” axtarış sisteminin payı 4,48 faiz bəndi azalaraq 13,86 faiz təşkil edib.

Oktyabr ayında "Bing"in payında 0,01 faiz bəndi artım qeydə alınaraq 1,6 faizə çatıb, "Yahoo"nun göstəricisi isə 0,04 faiz bəndi azalaraq 0,27 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti