...

İsveçrədə 9 yanvar Milli Matəm Günü elan edilib

Dünya xəbərləri Materials 4 Yanvar 2026 12:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan olunub.

Trend xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının Prezidenti və ölkənin iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.

Gi Parmelenin sözlərinə görə, Kran-Montana kurortunda barda baş verən yanğın nəticəsində 40 nəfərin həlak olması ilə əlaqədar olaraq 9 yanvar ölkə üzrə Milli Matəm Günü elan ediləcək.

Məlumata əsasən, saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayacaq. Həmin vaxt İsveçrənin bütün kilsələrində zənglər çalınacaq, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Prezident anım mərasimində şəxsən iştirak edəcəyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti