Bakı. Trend:
2025-ci ilin dekabr ayında "Google Chrome" internet-brauzeri Azərbaycan istifadəçiləri arasında populyarlıq baxımından liderliyini qoruyub saxlayıb.
Trend-ə "Global Stats" Statistika Mərkəzindən verilən məlumata görə, bu brauzerin yerli bazardakı payı əvvəlki aya nisbətən 2,04 faiz bəndi artaraq 84,74 faiz təşkil edib.
Eyni dövrdə "Safari" internet-brauzerinin Azərbaycan bazarındakı payı 6,94 faiz olub və 0,35 faiz bəndi azalıb.
"Samsung" brauzerinin bazar payı hesabat dövründə 0,21 faiz bəndi azalaraq 2,14 faiz təşkil edib.
Siyahıda növbəti yeri "Opera" internet-brauzeri tutub. Belə ki, bu brauzerin Azərbaycan bazarındakı payı 0,49 faiz bəndi azalarq 1,88 faiz olub.
Eyni dövrdə "Edge" brauzerinin payı 0,33 faiz bəndi azalaraq 1,77 faiz, "Yandex Browser"in payı isə 0,36 faiz bəndi azalaraq 0,99 faiz təşkil edib.
2025-ci ilin dekabr ayında "Mozilla Firefox" internet-brauzerinin payı 0,36 faiz bəndi azalaraq 0,81 faiz olub.
