Bakı. Trend:
Çin tərəfi ABŞ-nin Venesuelaya zərbələrinə dair müzakirə üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini dəstəkləyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan brifinqdə çıxış edib.
“Biz hesab edirik ki, Təhlükəsizlik Şurası öz öhdəliklərinə uyğun olaraq bu məsələdə layiqli rol oynamalıdır”, -deyə diplomat vurğulayıb.
O əlavə edib ki, Pekin beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsini qətiyyətlə müdafiə etməyə, həmçinin beynəlxalq ədalət və hüququ qorumağa hazırdır.
