...

Azərbaycan və Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyası bu tarixdə keçiriləcək

Siyasət Materials 5 Yanvar 2026 11:49 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyası 2026-cı ilin mart ayının birinci yarısına planlaşdırılıb.

Bunu Trend-ə Monteneqro hökumətinin sədr müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakı səfərinin yekunlarına dair verdiyi özəl müsahibədə bildirib.

İbrahimoviç vurğulayıb ki, ötən il ərzində hər iki ölkə dövlətlər arasında dostluğun daha da inkişaf etməsinə töhfə verəcək konkret tədbirlərin təşkili üçün lazımı şərait yaradıb.

“Buna görə də biz Monteneqronun müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcəyi 2026-cı ilə nikbinliklə baxırıq. Bu yubiley Monteneqro ilə Azərbaycan arasında əməkdaşlığı daha da möhkəmləndirəcək bir sıra konkret təşəbbüs və tədbirlərin həyata keçirilməsi üçün imkan yaradacaq. Bu kontekstdə siyasi dialoqun və yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı bəyanatları alqışlayırıq. Bu səfərlər hazırda hazırlanma mərhələsində olan və kənd təsərrüfatı, enerji , habelə ikiqat vergitutmanın qarşısının alınması kimi sahələri əhatə edən əməkdaşlıq sazişlərinin imzalanması üçün imkanlar yaradacaq”, – deyə hökumət sədrinin müavini bildirib.

O, 2026-cı ilin mart ayının birinci yarısına planlaşdırılan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü sessiyasının keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

“Bu sessiya mövcud əməkdaşlığın hərtərəfli təhlili və energetika, turizm və investisiyalar, eləcə də təhsil, elm, innovasiyalar və texnologiyalar, dövlət idarəçiliyi və rəqəmsallaşma kimi sahələrdə gələcək tədbirlərin konkretləşdirilməsi üçün mühüm imkan olacaq”, – deyə İbrahimoviç qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti