...

Martda 17 gün iş olmayacaq

Cəmiyyət Materials 5 Yanvar 2026 09:45 (UTC +04:00)
Martda 17 gün iş olmayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur.

Trend-in məlumatına görə, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar martda uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri də müəyyən edilib.

Belə ki, 20, 21, 22, 2324 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 2122 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 2526 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 2021 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 2730 mart tarixləri də qeyri-iş günü sayılacaq.

2829 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Nəticədə 25, 26, 2730 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla) ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.

Ümumilikdə isə şənbə və bazar günləri də (1, 7, 14, 15 mart) nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-iş günü qeydə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti