...

Türkiyədə inflyasiya azalıb

Dünya xəbərləri Materials 5 Yanvar 2026 13:00 (UTC +04:00)
Türkiyədə inflyasiya azalıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə illik inflyasiya dekabr ayında 30,9 faizə düşərək ardıcıl üçüncü ayda da yavaşlayıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, iqtisadçıların proqnozu 31 faiz idi. Aylıq inflyasiya isə 0,9 faizdə qalaraq gözləntilərə yaxın olub.

Məlumata görə bu, Türkiyə Mərkəzi Bankının 2026-cı ildə faiz dərəcələrini azaltmağa davam etməsi üçün şərait yarada bilər.

Geyim və nəqliyyat qiymətlərində azalma dekabr göstəricisinə müsbət təsir göstərib. Lakin ərzaq qiymətləri ay ərzində 2 faiz artaraq inflyasiyaya təzyiq yaradıb.

Baza inflyasiya (ərzaq və enerji qiymətləri çıxılmaqla) 31,65 faizdən 31,1 faizə düşüb — bu son 4 ilin ən aşağı göstəricisidir.

Yanvarda isə inflyasiyada daha kəskin azalma gözlənilir. Buna səbəb kimi hökumətin mülayim vergi artımları və 2026-cı il üçün minimum əməkhaqqının 27 faiz artırılması göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti