Bakı. Trend:
“Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı məlum olub.
Trend-in “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, ötən ilin dekabr ayında “Google”un Azərbaycandakı bazar payı 99.53 faiz təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq ifadədə 0.12 faiz bəndi artıb. Belə ki, ötən ilin noyabr ayında “Google”un Azərbaycandakı bazar payı 99.41 faizə bərabər idi.
Hesabat dövründə “ChatGPT”nin Azərbaycan üzrə bazar payı isə 0.47 faiz təşkil edib ki, bu da ötən ilin noyabr ayındakı göstəriciyə nisbətən 0.12 faiz bəndi azdır.
Ötən ilin noyabr ayında “ChatGPT”nin Azərbaycan üzrə bazar payı 0.59 faiz idi.
