Bakı. Trend:
Türkiyənin beşinci nəsil “F-35” qırıcılarının hazırlanması ilə bağlı proqramdan kənarlaşdırılması ədalətsizlikdir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankaranın bu proqrama yenidən qaytarılması NATO bloku üçün mühüm əhəmiyyət daşıyır.
“Türkiyənin F-35 proqramına qayıdışı NATO üçün vacibdir. Türkiyə bu proqrama yenidən qoşulmalıdır. Türkiyəsiz NATO-nun təhlükəsizliyi mümkünsüzdür. Rusiyadan hərbi texnika alınmasına görə Türkiyənin proqramdan çıxarılması ədalətsizlikdir”, – deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket komplekslərinin tədarükünə dair müqavilənin bağlanmasından sonra Ankara ABŞ-nin F-35 qırıcılarının hazırlanması proqramından çıxarılıb.
