Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi xəbər verib.
Məlumata sasən, danışıq zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, eləcə də aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.
R.T. Ərdoğan Ankaranın Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək istəyini vurğulayıb.
O, həmçinin Türkiyənin Somali və Yəməndəki vəziyyəti yaxından izlədiyini qeyd edərək, bölgədə sabitliyin təmin edilməsi üçün bu ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.
