...

Almaniyada sığınacaq üçün müraciətlərin sayı azalıb

Dünya xəbərləri Materials 4 Yanvar 2026 07:24 (UTC +04:00)

Bakı. Trend:

Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötən il 32 faiz azalıb.

Trend “Bild” qəzetinə istinadla xəbər verir ki, ötən il 168 543 sığınacaq müraciəti qeydə alınıb. Bu sahədə 2024-cü illə müqayisədə 82 mindən çox azalma müşahidə edilib. 2023-cü ildə isə sığınacaq müraciətlərinin sayı 351 mindən çox olub.

Azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsi, o cümlədən sərhədlərdə geri göndərmələrin sayının artırılması, ailə birləşməsinin müvəqqəti dayandırılması və digər tədbirlər səbəb olub.

Almaniyada sığınacaq üçün müraciət edənlər arasında ilk sıralarda Əfqanıstan (59 200), Suriya (23 100) və Türkiyə (13 800) vətəndaşları yer alıblar.

Xəbər lenti

Xəbər lenti