...

“Ayntraxt Frankfurt” heyətini gücləndirib

Dünya xəbərləri Materials 4 Yanvar 2026 14:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasında “Qarabağ”la qarşılaşma ərəfəsində heyətini gücləndirməyə davam edir.

Trend xəbər verir ki, Bundesliqa təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxış edən hücumçu Ayub Amaymuni Eşquyabı transfer edib. 21 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb.

Cari mövsümdə Ayub 18 oyunda iştirak edərək 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bundan əvvəl “Ayntraxt” Almaniyanın “Elfersberq” klubundan hücumçu Yunus Ebnutalibini də heyətinə qatıb.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti