Bakı. Trend:
İran Azərbaycanla iqtisadiyyat, tranzit, siyasət, mədəniyyət və humanitar sahələrdə məsləhətləşmələrin genişləndirilməsinə maraq göstərir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu ilə görüşdə deyib.
Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə konstruktiv görüşlərinə diqqət çəkən iranlı nazir hərtərəfli münasibətlərin davamlı şəkildə gücləndirilməsi və inkişaf etdirilməsi yolu ilə mehriban qonşuluq yanaşmasının səmərəli şəkildə irəlilədilməsinin vacibliyini qeyd edib.
Görüşdə İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu da İran xarici işlər naziri Seyid Abbas Əraqçinin Bakıya son səfərindən sonra ikitərəfli münasibətlərin son vəziyyəti haqda məlumat təqdim edib.
Qeyd edək ki, İran xarici işlər naziri Seyid Abbas Əraqçi 7-8 dekabrda Azərbaycanda səfərdə olub.
