Bakı. Trend:
Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, iki həftə ərzində İstanbul da daxil olmaqla 14 vilayətdə keçirilən əməliyyatlar nəticəsində 398 tapança, 175 ov tüfəngi və 32 avtomat silah ələ keçirilib. Silah qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 202 nəfər saxlanılıb.
Bundan əlavə, qanunsuz silah istehsalı ilə məşğul olan dörd emalatxananın fəaliyyəti dayandırılıb.
