...

Müharibə veteranları və şəhid ailələrinin təqaüdlərinə 2,1 milyard manatdan çox vəsait ayrılıb

Cəmiyyət Materials 5 Yanvar 2026 14:56 (UTC +04:00)
Müharibə veteranları və şəhid ailələrinin təqaüdlərinə 2,1 milyard manatdan çox vəsait ayrılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 873 milyon manat vəsait proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Bildirilib ki, 2026-cı il üçün nəzərdə tutulmuş sosial müdafiə və sosial təminat xərclərindən əhaliyə yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin maliyyələşdirilməsi və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 milyard 144,7 milyon manat, ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 milyon manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyon manat vəsait proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti