...

Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 4 Yanvar 2026 20:19 (UTC +04:00)
Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya növbəti il yarım ərzində hərbi gücünü təqribən iki dəfə artırmağı nəzərdə tutur.

Trend xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.

Vuçiç deyib: "Qarşıdakı dövrdə müdafiə imkanlarımız əhəmiyyətli dərəcədə gücləndiriləcək. Növbəti il yarım ərzində hərbi gücümüzü, demək olar, iki dəfə artıracağıq".

Prezidentin sözlərinə görə, iclasda ordunun və ölkənin müdafiə potensialının gücləndirilməsi üçün növbəti addımlar müzakirə olunub. "Hərbi sənayeyə əlavə sərmayələr qoyulacaq, silahların əhəmiyyətli hissəsi ölkəmizdə istehsal olunacaq, bir hissəsini isə xaricdən alacağıq", – o əlavə edib.

Vuçiç həmçinin strateji ehtiyatların yaradılması barədə yeni qərarlardan danışıb: "Bura təkcə ərzaq deyil, həm də döyüş sursatları aiddir və onlar yüksək səviyyədə olmalıdır".

Onun açıqlamasına görə, şəxsi heyətin sayı 30 %, hərbi güc isə 100 % artırılacaq. Prezident bildirib ki, bu addım ölkənin müdafiəsinin etibarlı yolu və çəkindirmə amili olacaq.

Xəbər lenti

Xəbər lenti