Bakı. Trend:
Qətərin Azərbaycandakı keçmiş səfiri Feysəl bin Abdullah Əl-Hənzəb Türkiyəyə səfir təyin edilib.
Trend-in məlumatına görə, onun təyinatı ilə bağlı qərar Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani tərəfindən verilib.
Məlumata görə, Əl-Hənzəb diplomatiya sahəsində təcrübəyə malikdir və Qətərin xarici işlər nazirinin xüsusi elçisi vəzifəsi də daxil olmaqla, bir çox vəzifələrdə çalışıb.
