Bakı. Trend:
Müvafiq tədris illərində 5 yaşlı 87 min nəfər uşağın məktəbə hazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyətinə 37,4 milyon manat xərclənəcək.
Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 300-dən çox adda təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunmasına və metodiki vəsaitlərin alınmasına 19 milyon manat xərclənəcək.
