Bakı. Trend:
ABŞ Venesuela ilə deyil, narkotik qaçaqmalçılarına qarşı müharibə aparır.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "NBC" telekanalı jurnalistinin Karakasda baş verənlərin müharibənin başlanğıcı hesab edilə biləcəyi ilə bağlı sualına cavab olaraq bildirib.
"Bu, müharibə deyil. Demək istəyirəm ki, biz narkotik qaçaqmalçılığı ilə müharibə aparırıq, Venesuela ilə yox", - deyə o qeyd edib.
ABC-nin aparıcısı Corc Stefanopulos M.Rubiodan ABŞ prezidenti Donald Trampın Venesuela ilə müharibəyə başlamaq üçün Konqresdən icazə istəməməsinin səbəbini izah etməsini istəyəndə dövlət katibi müharibənin olmadığını bir daha təkrarlayıb:
"Bu, işğal deyildi. Biz ölkəni işğal etmədik. Bu, həbs idi. Hüquq-mühafizə orqanlarının əməliyyatı olub. O [Maduro] Venesuelada FTB agentləri tərəfindən həbs edildi, hüquqları oxundu və sonra ölkədən çıxarılıb", - deyə o bildirib.