Bakı. Trend:
5-11 yanvar tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.10 MeV-dən çox enerji yüklü proton seli üçün də 07 yanvarda S1 səviyyəli proton qasırğası ehtimalı var.
Trend xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş küləyinin sürətinin 07 yanvaradək nominal qiymətə geri dönəcəyi, sonra isə yenidən yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsi – 31 dekabr və 01 yanvarda qeyd olunan TKA-ın təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.
