...

İqlim dəyişikliyi ilə əlaqəli tədbirlərə bu il 1,3 milyard manat proqnozlaşdırılıb

Yaşıl iqtisadiyyat Materials 5 Yanvar 2026 15:00 (UTC +04:00)
İqlim dəyişikliyi ilə əlaqəli tədbirlərə bu il 1,3 milyard manat proqnozlaşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üzrə iqlim dəyişikliyi ilə əlaqəli “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarının tədbirləri üzrə 1,3 milyard manat proqnozlaşdırılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirdiyi mitiqasiya tədbirləri həm milli enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə xidmət edir.

Bildirilib ki, bu tədbirlər nəticəsində ölkənin “yaşıl artım” modeli üzrə inkişafı sürətləndiriləcək və uzunmüddətli dayanıqlı iqtisadi transformasiya təmin olunacaq.

Qeyd edilib ki, növbəti iki il ərzində ölkədə 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalında payının artırılması nəzərdə tutulur.

Proqnoza görə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7 faizə, 2030-cu ildə 38 faizə və 2035-ci ildə isə 42,5 faizə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti