...

Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı

Tender müsabiqələri Materials 5 Yanvar 2026 09:54 (UTC +04:00)
Xocavənddə 60 evin təmirinə 4 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd rayonunun Cütcü və Qarazəmi kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanılır.

Trend-in məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Məlumata əsasən, təmir işləri Cütcü kəndində 40 evi (7600m2), Qarazəmi kəndində isə 20 evi (3800m2), yəni ümumilikdə 60 evi əhatə edəcək.

Qurum birinci qeyd olunan kənddəki evlərin təmiri işlərini “Kapital-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), ikinci kənddəkini isə “Everest Qrup” MMC-yə həvalə edib və müqavilələr bağlayıb.

Bağlanılmış müqavilələrin ümumi dəyəri 3,982 milyon manat həcmində müəyyənləşib.

Beləliklə, 1 evin təmiri 66,4 min manata başa gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti