...

Xocalıda yolların buz bağlaması səbəbindən köməksiz qalan vətəndaşlar xilasedilib (VİDEO)

Cəmiyyət Materials 4 Yanvar 2026 15:14 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkət edə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin olunub və vətəndaşlara müvafiq köməklik göstərilib.

Xəbər lenti

Xəbər lenti