Bakı. Trend:
Avropa zəif və parçalanmış olarsa, hətta müttəfiqləri belə onu ciddiyə almayacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Polşanın Baş naziri Donald Tusk çıxış edib.
“Zəif və pərən-pərən olmuş Avropanı heç kim ciddiyə almayacaq. Nə düşmənlər, nə müttəfiqlər. Bu, artıq aydındır. Biz əvvəl-axır öz gücümüzə inanmalıyıq, biz silahlanmalıyıq, məhz indi bir olmalıyıq. Bir nəfər hamı üçün və hamı bir nəfər üçün. Əks təqdirdə axırımız çatacaq”, - deyə Tusk öz “X” hesabında yazıb.
Qeyd edək ki, Polşanın Baş naziri bunları ABŞ-nin beynəlxalq arenada son addımlarını - Venesuelaya endirilən zərbələri, eləcə də Amerika lideri Donald Trampın Vaşinqtonun ərazi iddialarını, o cümlədən Danimarkanın tərkibinə daxil olan Qrenlandiyaya dair bəyanatlarını şərh edərkən bildirib.
