...

Kim Çen In nüvə qüvvələrinin gücləndirilməsinin vacibliyini açıqladı

Dünya xəbərləri Materials 5 Yanvar 2026 06:54 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq aləmdə baş verən son hadisələr KXDR-dən nüvə silahlarından çəkindirmə qüvvələrini gücləndirməyi tələb edir.

Trend-in məlumatına görə, bu barədə Şimali Koreya lideri Kim Çen In yanvarın 4-də Koreya Xalq Ordusunun atəş zərbə qrupunun hipersəs raketlərin buraxılışı üzrə təlimini müşahidə edərkən bildirib.

"Son geosiyasi böhran və mürəkkəb beynəlxalq hadisələr nüvə silahlarından çəkindirmə qüvvələrinin gücləndirilməsini tələb edir", - deyə o qeyd edib.

Kim Çen In nüvə silahlarından çəkindirmə qüvvələrinin əsas tərkib hissələrinin yoxlanılması və xüsusiyyətlərinin artırılmasını, eləcə də bu qüvvələrin tətbiqinin sınaqdan keçirilməsini “vacib strateji vəzifə” adlandırıb.

Təlimlərin məqsədi hipersəs silah sisteminin döyüş hazırlığını və Şimali Koreyanın çəkindirmə qüvvələrinin effektivliyini və mobilliyini qiymətləndirməkdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti