Bakı. Trend:
ABŞ, Cənubi Koreya və Yaponiya Koreya Xalq Demokratik Respublikasında (KXDR) bazar günü həyata keçirilən ballistik raket buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu və regionda, eləcə də beynəlxalq ictimaiyyətdə sülhə və təhlükəsizliyə təhdid yaratdığını bildiriblər.
Trend-in məlumatına görə, bu barədə üç ölkənin xarici siyasət qurumlarının yüksək vəzifəli nümayəndələri arasında keçirilən telefon danışıqlarının yekununda açıqlama verilib.
Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, tərəflər KXDR-in bu cür təxribatçı hərəkətlərinə son qoymasını tələb ediblər.
