Bakı. Trend:
Çin Xalq Respublikasında internetdə xəbərlərin yayılmasına dövlət nəzarəti sərtləşdirilib.
Trend bu barədə xarici KİV-ə istiadən xəbər verir.
Məlumata görə, internetdə xəbərlərin yayılmasının daha yaxşı tənzimlənməsi, aparıcı KİV-lərin təsirinin artırılması və sağlam internet mühitinin formalaşdırılması məqsədilə Çinin Kiberməkan Məsələləri üzrə İdarəsi bu gündən etibarən bir ay davam edəcək xüsusi kampaniyanı işə salıb.
Kampaniya internet xəbərləri sahəsində informasiya xidmətlərinin “qanunsuz və qeyri-qanuni fəaliyyəti nəticəsində yaranan xaosun” qarşısının alınmasına və aradan qaldırılmasına yönəlib.
Çin hakimiyyəti lisenziya olmadan müsahibələrin aparılmasını, məlumatların toplanmasını, redaktə edilməsini və xəbərlərin dərcini qadağan edəcək. Həmçinin həddindən artıq şişirdilmiş başlıqlar, məlumatların kontekstdən çıxarılması və rəsmi mənbələrdən götürülmüş informasiyanın montaj edilməsi də (konkret hansı nəticələrə səbəb olacağı açıqlanmasa da) müəyyən cəza tədbirlərinə səbəb olacaq.
