...

"Sabah" legioner İqor Noqeyranı komandada saxlamaq istəyir

İdman Materials 4 Yanvar 2026 20:55 (UTC +04:00)
"Sabah" legioner İqor Noqeyranı komandada saxlamaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Sabah" futbol klubu legionerlərindən biri olan İqor Noqeyranı komandada saxlamaq niyyətindədir.

Trend xəbər verir ki, məlumat sportal.az saytına istinadən verilib.

Braziliyalı futbolçu məşqçilər korpusunun etimadını qazanıb və özü də "Sabah"da qalmağa müsbət yanaşır. Onun mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq və bir illik uzadılması mümkündür.

30 yaşlı oyunçu karyerası ərzində “Gent”, “Fluminense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa Klara” və “Çaveş” klublarında çıxış etdikdən sonra 2024-cü ildə “Sabah”a transfer olunmuşdu.

Xəbər lenti

Xəbər lenti