Bakı. Trend:
Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə bu ilin dövlət büdcəsində 285 milyon manat, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat,digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait nəzərdə tutulur.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsində 1 milyard 700 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin Fondun xərclərinin tərkibində xüsusi çəkisi 20 faiz təşkil edəcək.
Qeyd edilib ki, xərclərin artımının əsas səbəbi pensiya ödənişi xərclərinin cari il üçün ölkə üzrə gözlənilən orta aylıq əmək haqqının artım tempinə müvafiq olaraq indeksləşdirilməsi ilə bağlıdır.
