Bakı. Trend:
Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.01.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə, 27 779 çağırış daxil olub.
Bildirilib ki, onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
