...

Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

Dünya xəbərləri Materials 4 Yanvar 2026 22:32 (UTC +04:00)

Bakı. Trend:

Pakistan Venesueladakı vəziyyətdən narahatdır, təmkinli olmağa və fikir ayrılıqlarını beynəlxalq hüquqa əsaslanaraq həll etməyə çağırır.

Trend-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Pakistan Venesuela xalqının rifahına böyük əhəmiyyət verir və Venesueladakı vəziyyətin gedişatını narahatlıqla izləyir", - nazirlik bildirib.

"Böhrana son qoymaq üçün təmkinli olmağa və gərginliyin azaldılmasına çağırırıq və bütün həll olunmamış məsələlərin həlli üçün BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə riayət etməyin vacibliyini vurğulayırıq", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti