Bakı. Trend:
Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.
Trend-in əldə etdiyi məlumata görə, bir çox siqaretlərin blok qiyməti bahalaşıb. Blok qiymətinin yüksəlməsi siqaretlərin pərakəndə satış qiymətinin də 30-40 qəpik arası yüksəlməsinə səbəb olacağı gözlənilir.
Belə ki, "Winston Xstyle Blue", "Winston Xstyle", "Silver Winston", "Xstyle Caster", "Winston Xstyle DUAL, "Winston XS Silver", "Sobranie Blue", "Sobranie White", "Sobranie Blues", "Sobranie Blacks", "Sobranie Whites", "Sobranie Caster Line", "Sobranie Compact Blue", "Sobranie Compact Caster", "LD Club Platinium", "Winchester Blue KS", "Kent Nano Silver", "Rothmans Demi Silver", "Pall Mall Nano White", "Dunhill Golden" və digər siqaretlərin qiyməti artıb.
Qeyd edək ki, "Kent Feel" siqaretinin bir blokunun əvvəlki qiyməti 40.04 AZN olduğu halda, indi bu siqaretin bloku 43.76 AZN-ə satılır.
"Kent Nano Silver 4" əvvəlki blok qiyməti 40.04 AZN, indi 43.76 AZN-ə satılır. "Rothmans Demi Click Ambe" əvvəlki blok qiyməti 28.34 AZN idi, indi 31.16 AZN, "Pall Mall Nano White" əvvəlki qiyməti 28.34 AZN, indi 31.16 AZN, "Pall Mall Nano Night" siqaretinin bloku isə 28.34 AZN idi, hazırda 31.16 AZN-ə satılır.
