...

Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb

Cəmiyyət Materials 4 Yanvar 2026 16:30 (UTC +04:00)
Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

Trend xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti