Bakı. Trend:
Türkiyənin Elazığ vilayətinin Baskil rayonunda 4.7 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri 9.85 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
