...

Qiymətli metalların fyuçerslərinin qiyməti artıb

İqtisadiyyat Materials 5 Yanvar 2026 04:50 (UTC +04:00)
Qiymətli metalların fyuçerslərinin qiyməti artıb

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) və NYMEX-in bir bölməsi olan "Comex" birjasında qiymətli metallar - platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 1,3 faizdən 5,53 faizə qədər artıb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.

Məlumata əsasən, NYMEX-də 2026-cı ilin mart ayı üçün palladium fyuçerslərinin qiyməti 3,46 faiz artaraq troya unsiyası üçün 1750 dollara çatıb. Eyni zamanda, NYMEX-də 2026-cı ilin aprel ayı üçün platin fyuçersləri 5,53 faiz artaraq troya unsiyası üçün 2255,2 dollara çatıb.

Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl və 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti də artım göstərib. Qızıl 1,3 faiz artaraq troy unsiyası üçün 4385,7 dollara, gümüş isə 4,13 faiz artaraq troy unsiyası üçün 73,945 dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti