Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı Rusiya ilə razılaşmaların yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona gedən təyyarəsində jurnalistlərin məsələ ilə bağlı sualına cavab olaraq bildirib.
"Müəyyən bir vaxtda, ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə", - deyə o bildirib.