...

ADY qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb

Cəmiyyət Materials 5 Yanvar 2026 13:52 (UTC +04:00)
ADY qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

ADY 31 dekabr-4 yanvar qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb:

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bidlirilib ki, Abşeron dairəvi dəmir yolu – 48 542 nəfər

Bakı-Qazax-Bakı marşrutu – 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla)

Digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 5 263 nəfər daşınıb.

Qeyd edək ki, ADY qeyd olunan tarixlərdə-gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti