Bakı. Trend:
Britaniya Zərbxanası Formula 1 Dünya Çempionatının Britaniya Qran Prisinin 100 illiyinə həsr olunmuş sikkə buraxacaq.
Trend xəbər verir ki, bu barədə zərbxananın mətbuat xidməti məlumat yayıb.
Sikkənin nominal dəyəri 50 pens olacaq və üzərində 1926-cı il istehsalı olan avtomobil ilə müasir avtomobil təsviri yer alacaq.
Qeyd olunur ki, Britaniya Qran Prisi 1926-cı ildən keçirilir və ilk yarış Bruklends trasında baş tutub. 1987-ci ildən etibarən yarış Silverstone trasında təşkil edilir.
