...

"Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçə bilər

İdman Materials 4 Yanvar 2026 06:43 (UTC +04:00)
"Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçə bilər

Bakı. Trend:

Kobbi Mayno bu qış "Napoli"yə transfer oluna bilər.

Trend "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya çempionları "Mançester Yunayted"in yarımmüdafiəçisinə marağı qoruyub saxlayır. 20 yaşlı ingilis futbolçu prioritet hədəf hesab olunur.

Lakin neapolluların Maynonu transfer etmək üçün maliyyə imkanları yalnız Noa Lanqın komandadan ayrılması halında yaranacaq. Vinger "Qalatasaray"ın maraq dairəsindədir.

Xəbər lenti

Xəbər lenti