Bakı. Trend:
Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.
Trend-in “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, “Apple" smartfonları ötən ilin dekabr ayında mobil cihazlar üzrə 27,91 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.
Ötən ilin noyabr ayına olan göstərici ilə müqayisədə “Apple" markasının Azərbaycanda bazar payı 0,24 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə 1,87 faiz bəndi artıb.
Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Samsung” ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 0,65 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə 3,29 faiz bəndi azalaraq 20,01 faiz təşkil edib.
Siyahıda növbəti pillədə “Xiaomi” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 0,21 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə 1,52 faiz bəndi azalaraq 10,29 faizə bərabər olub.
Siyahıda 4-cü pillədə 9,32 faiz bazar payı ilə “Unknown” smartfonları mövqelənib. Bu göstərici isə bir ay əvvəllə müqayisədə 0,31 faiz bəndi, 2024-cü ilin eyni dövrünə nisbətən isə 3,14 faiz bəndi çoxdur.
Ötən ilin dekabr ayı üzrə digər smartfonların Azərbaycanda bazar payı isə 32,47 faiz bəndi təşkil edib.
