...

Bakıda bir gecədə 17 ədəd mobil telefon oğurlayan şəxslər saxlanılıblar (VİDEO)

Cəmiyyət Materials 4 Yanvar 2026 17:10 (UTC +04:00)
Bakıda bir gecədə 17 ədəd mobil telefon oğurlayan şəxslər saxlanılıblar (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar.

Trend-in məlumatına görə, bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər mağazaya daxil olmamışdan öncə kameralara düşməmək üçün obyekti elektrik enerjisi ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar. Buna baxmayaraq onların əməli anbaan lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti