Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından
"Azneft" dairəsi istiqamətində;
5. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
6. İstiqlaliyyət küçəsi, "Sabir" parkının qarşısında;
7. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər
prospekti istiqamətində sıxlıq müşahidə olunur.
