...

Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzi media əməkdaşlığını gücləndirəcək - Türkiyəli nümayəndə

Cəmiyyət Materials 21 Noyabr 2025 12:33 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

D8 çərçivəsində Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzinin media əməkdaşlığını daha da inkişaf etdirəcəyinə və birgə strateji kommunikasiya potensialımızı gücləndirəcəyinə inanırıq.

Trend xəbər verir ki, bunu bu gün Türkiyə Respublikası Prezidentinin Kommunikasiya İdarəsinin Strateji Kommunikasiya və Böhran İdarəetmə Şöbəsinin rəhbəri Bora Bayraktar Bakıda keçirilən D-8 Media Forumunda çıxışında deyib.

O qeyd edib ki, Türkiyə bilik və təcrübəsini paylaşmağa, həmçinin bu mərkəzin yaradılması üçün beynəlxalq əməkdaşlıq və koordinasiyanı möhkəmləndirməyə hazırdır:

"Biz kommunikasiya sahəsində dərin dəyişikliklərə şahidlik edirik. Rəqəmsal texnologiyaların gündəlik həyatla inteqrasiyası, qlobal qeyri-müəyyənliklər və onların törətdiyi faciələr milli sərhədləri aşan bir kommunikasiya anlayışı formalaşdırmağı tələb edir. Qlobal mürəkkəb çağırışlarla başa çıxmaq üçün D-8 kimi beynəlxalq təşkilatların məsuliyyəti artır".

"Rəqəmsal media, sosial şəbəkələr və süni intellekt informasiya istehsalını və dövriyyəsini sürətləndirsə də, "fake" məlumatların yayılmasını və manipulyasiyanı asanlaşdırıb. Dəqiq və etibarlı məlumatlara olan tələbat misli görünməmiş səviyyəyə çatıb. İnformasiya müharibələri ənənəvi münaqişələrin bir hissəsinə çevrilib və bu gün dövlətlər və cəmiyyətlər hibrid təhlükələrlə üzləşir. Süni intellektin gücü ilə birləşmiş yeni media vasitələri ictimai nizamı pozmaq və dövlət institutlarına inamı sarsıtmaq üçün bir silah kimi istifadə olunur. Bu reallıq kommunikasiya anlayışını yenidən nəzərdən keçirməyi tələb edir", – Bayraktar əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti