...

Gənclər üçün media savadlılığı proqramlarının genişləndirilməsi vacibdir - Nigeriyalı nazir

Cəmiyyət Materials 21 Noyabr 2025 11:41 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

KİV sahəsində gəncləri əhatə edən savadlılıq proqramlarının həyata keçirilməsi vacib məsələlərdən biridir.

Trend xəbər verir ki, bu barədə bu gün Nigeriyanın İnformasiya və Milli Oriyentasiya naziri Məhəmməd İdris Malaginin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumuna ünvanladığı nitqində deyilib.

Qeyd edilir ki, dayanıqlı həll yolları yerlərdəki mövcud reallıqlardan irəli gəlir:

"Öz aramızda belə bir ekosistemin yaradılması vacibdir. D-8 təşkilatına üzv ölkələrin ümumi ÜDM-i 8 trilyon dollara bərabərdir. KİV sahəsində əməkdaşlıq və rəqəmsal islahatlar baxımından D-8 bizə böyük fayda verib. Nigeriyada UNESCO-nun ikinci dərəcəli media savadlılığı institutunu yaratmışıq və bu sahədə təcrübəmizi bölüşməyə hazırıq. Bizdə yüz milyondan çox insan rəqəmsal platformalardan istifadə edir. Gənc məzmun yaradıcıları artıq ölkənin ÜDM-inə töhfə verməkdədir".

"Dezinformasiya ilə mübarizə ilə yanaşı, KİV sahəsində gəncləri əhatə edən savadlılıq proqramlarının həyata keçirilməsi də vacibdir. Təqaüd proqramlarının təşkili, xəbər redaksiyaları arasında əməkdaşlıq çox əhəmiyyətlidir. Nigeriya dialoqlara açıqdır, ortaq innovasiyaları birləşdirərək regionda stabilliyin qorunması və media sahəsində əməkdaşlıq əsas məsələdir", – nazirin nitqində vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti