Bakı.Trend:
Oğuz rayonunda fərdi yaşayış evində meyit aşkarlanıb.
Trend-in məlumatına görə, Oğuz rayonu Padar kənd sakini 1961-ci il təvəllüdlü Şövkət İsayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.
Ş.İsayevin vərəm və ruhi əsəb xəstəsi olduğu deyilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
