...

Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın formalaşması vacibdir - Xaçaturyan

Siyasət Materials 21 Noyabr 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və Azərbaycan arasında sülhün yekunlaşması üçün Azərbaycan-Ermənistan qarşılıqlı etimad atmosferinin formalaşması son dərəcə vacibdir.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın prezidenti Vaaqn Xaçaturyan bildirib.

“Sülh yalnız iki ölkə və xalqlar arasında qarşılıqlı etimadın bərpa olunmasından sonra gələcək: bu, zaman məsələsidir. Biz həqiqətən belə bir vəziyyətin əldə olunması üçün siyasi proses və hüquqi formulaları təmin etməliyik”, - deyə Vaaqn Xaçaturyan qeyd edib.

Onun sözlərinə görə, iki tərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti